Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

4 Yanvar 2019 11:10 (UTC+04:00)

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a bildirilib ki, yanvar ayının 5-6-da ölkə ərazisində hava şəraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman, çişkin olacağı istisna olunmur. Qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə arabir güclənəcək".

Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9-15, mərkəzi Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3-7 dərəcə isti müşahidə olunacaq".