Remzinin yeni klubu bilindi

4 Yanvar 2019 16:19 (UTC+04:00)

Arsenal-ın yarımmüdafiəçisi Aaron Remzi karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, futbolçuJuventus-la razılaşıb. Transferin yaxın vaxtda həyata keçiriləcəyi deyilir. “Qoca senyora” 28 yaşlı Remziyə 4 illik müqavilə və ilinə 6,5 milyon məvacib təklif edir. London klubu ilə müqaviləsi bu ilin yayında başa çatır. Futbolçu indiki klubunu azad agent kimi tərk edə bilər.