Ordumuzun mövqeləri atəşə tutulub
27 Aprel 2013 11:30 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan
rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər
rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı
kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən
ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə
susdurulub.