Heydər Əliyev prospektində zəncirvari qəza baş verib

5 Yanvar 2019 21:26 (UTC+04:00)

Axşam saatlarında paytaxtın Heydər Əliyevprospektində zəncirvari yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə prospekt ilə hava limanı istiqamətində hərəkətdə olan 5 maşının ardarda toqquşması nəticəsində baş verib.

Qəza yolda böyük tıxaca səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.