Səmədov Spartak-dan ayrıldı - RƏSMİ

6 Yanvar 2019 14:33 (UTC+04:00)

Spartak Moskva futbolçusu Aleksandr Səmədovla yolları ayırıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi ilə bu ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Spartak-ın yetirməsi olan Səmədov əsas komanda ilə ilk oyuna 2002-ci ilin noyabrında çıxıb. 2005-ci  ildə Spartak-dan ayrılan 34 yaşlı oyunçu 2017-ci ildə yenidən bu kluba qayıtmışdı. O, Moskva təmsilçisində 109 matçda 15 qol vurub.