Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

6 Yanvar 2019 15:05 (UTC+04:00)

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

Report  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:

"İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb".