Zirə-də daha bir ayrılıq

6 Yanvar 2019 17:21 (UTC+04:00)

Zirə daha bir futbolçu ilə yollarını ayırıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi kapitan Anar Nəzirov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, Zirə-dən ayrılan təcrübəli qolkiperin Qəbələ-yə keçəcəyi gözlənilir.

Xatırladaq ki, buna qədər Zirə-ni Adil Nağıyev və Vüsal İsgəndərli tərk edib.