Əfqanıstanda şaxtada uçqun: 30 ölü, 15 yaralı

6 Yanvar 2019 20:00 (UTC+04:00)

Əfqanıstanda şaxtada baş verən uçqun nəticəsində 30 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər yaralanıb. Uçqun Şapu adlı yerdə baş verib.

Badaxşan vilayətinin qubernatoru Məhəmməd Nəzərinin sözlərinə görə, xəsarət alanların vəziyyəti ağırdır.