Azərbaycanda vaxtı keçmiş kreditlər azalır

8 Yanvar 2019 16:23 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği dekabrın 1-nə 1 688,7 milyon manat təşkil edib.

Movqe.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu məbləğ noyabrın 1-i ilə müqayisədə 0,6 faiz azdır. İlin əvvəlinə nisbətən isə vaxtı keçmiş kreditlər 3,8 faiz artıb.

Dekabrın 1-nə problemli kreditlərin ümumi kredit portfelində payı 13,4 faiz olub.