Hacıqabulda "Mercedes" aşıb 5 nəfər ağır yaralanıb

9 Yanvar 2019 11:08 (UTC+04:00)

Hacıqabul rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.