Həbsxanada iğtişaş: 17 ölü, 65 yaralı

28 Aprel 2013 12:56 (UTC+04:00)
Movqe.az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, məhbuslar arasında münaqişə baş verib, insidentin səbəbləri araşdırılır.

Ehtimal olunur ki, qarşıdurma iştirakçıları düşmən narkokartellərin üzvü olub.

Qeyd edək ki, Meksika həbsxanalarında mütəmadi olaraq qanlı toqquşmalar baş verir. Yanvarda Tamaulipas ştatındakı həbsxanada baş vermiş iğtişaşlar zamanı 31 məhbus ölüb. Fevralda Nuevo Leon ştatındakı həbsxanada iki qruplaşma arasında baş vermiş toqquşmalar nəticəsində 38 nəfər ğlüb.