İsrail Qəzza sektoruna aviazərbələr endirib

28 Aprel 2013 13:12 (UTC+04:00)

İsrail Qəzza sektoruna aviazərbələr endirib. Movqe.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, İsrail bunu cənub rayonlarının bombalanmasına cavab olaraq edib.

Fələstin Demokratik Azadlıq Cəbhəsinin məlumatına görə, onların Qəzza sektonunun cənubunda yerləşən düşərgəsi İsrail tərəfindən bombalanıb, lakin itki olmayıb.

Qeyd edək ki, İsrailin cənub rayonlarında açıq sahələrə atılmış bombalara görə, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

ÇAXAL təsdiq edir ki, Qəzza sektoruna sonuncu aviazərbə aprelin 3-də baş tutub.