Real hakimlərin şok görüntüsünü yaydı - Video

9 Yanvar 2019 20:46 (UTC+04:00)

İspaniya La Liqasının 13-cü turunda keçirilən Eibar - Real oyunu ilə bağlı şok video yayılıb. 

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, videogörüntünü Real klubu yayıb. Videoda Madrid klubunun məğlub olduğu (0:3) qarşılaşma zamanı videotəkrara baxan referilərin Eibar-ın qoluna sevindiyi görünür. Sözügedən oyunda VAR hakimi olan  Manuel Montero La Liqanın 18-ci turunda Real - Real Sociedad (0:2) görüşündə də iş başında olub. Həmin oyunda isə Real-ın iki penaltisi verilməyib. 

Qeyd edək ki, Real Real Sociedad-la oyunda hakim idarəçiliyindən narazı qaldığı üçün İspaniya Futbol Federasiyasına bununla bağlı şikayət edib.