Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək

11 Yanvar 2019 12:48 (UTC+04:00)

Yanvarın 12-də Uşaqların Xoşbəxt Gələcəyi Fondu və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Movqe.az-a bildirilib ki, sərgidə rəssam Diləfruz Bağırovanın tələbələri və onun rəssam dostlarının rəsm əsərləri nümayiş etdiriləcək və satışa çıxarılacaq. Əldə olunan vəsait ürək qüsurundan əziyyət çəkən 2 yaşlı Hikmət Mirzəzadənin 3-cü əməliyyatına sərf ediləcək.

İştirak etmək istəyənlər öz rəsmlərini Ağ Şəhər Qalereyasının ünvanına göndərə bilərlər.