Kenan Doğlu sevgilisi Beren Saat üçün mahnı bəstələməyəcək

28 Aprel 2013 17:16 (UTC+04:00)
Türkiyənin populyar müğənnisi Kenan Doğulu bir ildən artıq sevgilisi olan aktrisa Beren Saat üçün yazdığı şeirlərə musiqi bəstələmək fikrindən daşınıb.

Movqe.az Habertürk-ə istinadən bildirir ki, o, həmin şeirləri toplayaraq kitab kimi nəşr etdirəcək və bu niyyətlə böyük nəşriyyatların nümayəndələri ilə görüşür.

Kenan kitabın üzündən kağızına qədər hər bir detalıyla yaxından maraqlanır. Kitabın yayın sonunadək çap olunub kitab mağazalarında satışa çıxarılacağı deyilir.