Akademik Xoşbəxt Yusifzadə Cenevrədə təltif edilib (FOTO)

11 Yanvar 2019 15:47 (UTC+04:00)

UNCOPA təşkilatı akademik Xoşbəxt Yusifzadəni təltif edib.

Trend-in məlumatına görə, İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UN Council for Public Awards (UNCOPA) təşkilatı Azərbaycanın məşhur neftçi-alimi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Avropa Xidmət ordeni ilə təltif edib.