Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb

11 Yanvar 2019 17:45 (UTC+04:00)

Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.