Naxçıvanın bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib

11 Yanvar 2019 18:02 (UTC+04:00)

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Movqe.az-ın məlumatına görə, sərəncamla Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.