Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

29 Aprel 2013 11:02 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.