Ötən il Gömrük Komitəsinə 4 milyona yaxın elektron müraciət daxil olub

13 Yanvar 2019 10:33 (UTC+04:00)

2018-ci ildə Dövlət Gömrük Komitəsinə 4 milyona yaxın elektron müraciət daxil olub.
Movqe.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.