Ana qızını bıçaqlayıb

13 Yanvar 2019 16:55 (UTC+04:00)

Gürcüstanın Marneuli rayonundaazərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qızılhacılı kəndindəbaş verib. 

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyiqəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb.

Bundan əvvəl Lənkəran sakini həmkəndlisini bıçaqlayıb.