Barcelona Llorentini transfer edir?

13 Yanvar 2019 21:11 (UTC+04:00)

Tottenham-in hücumçusu Fernando Llorente Barcelona-nın maraq dairəsinə düşüb.


Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 33 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Ernesto Valverde də mətbuata açıqlamasında heyətdə ispan oyunçuya yer olduğunu bildirib. 

Qeyd edək ki, Barcelona-nın Çində çıxış edən nigeriyalı hücumçu Odion İqalo ilə də maraqlandığı iddia olunur.