Səmədov-un yeni klubu bəlli oldu

13 Yanvar 2019 22:23 (UTC+04:00)

Bir neçə gün öncə Spartak Moskva-dan ayrılan Aleksandr Səmədovun Krılya Sovetov-a keçidi gerçəkləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Ancaq klub hələlik sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 34 yaşlı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.Qeyd edək ki, milli komandamızın hücumçusu Ramil Şeydayev də Krılya Sovetov-da çıxış edir.