Milli Məclis deputatlarının tətili başa çatır

14 Yanvar 2019 09:50 (UTC+04:00)

Sabah - yanvarın 15-də Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti başa çatır.

Movqe.az xəbər verir ki, sabahdan etibarən parlamentin komitələri fəaliyyətə başlayır.

Fevralın 1-də isə MM-in 2019-cu il yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.