Bakı-Quba yolunda "Mercedes" yanıb kül oldu - VİDEO

14 Yanvar 2019 10:41 (UTC+04:00)

Ötən gecə Bakı-Quba magistral yolunda avtomobil yanıb.

Movqe.az Publika.az-a istinadən xəbər verir ki, magistral yolun Xızı rayonunun Yaşma kəndindən keçən hissəsində "Mercedes c Klass" markalı minik avtomobili yanmağa başlayıb. Avtomobildə olan şəxslər vaxtında nəqliyyat vasitəsini tərk etdiyindən xəsarət alan olmayıb. Minik avtomobili tamamilə yanaraq kül olub.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.