“Azərişıq”dan "Bakı Metropoliteni"nə transfer olub

14 Yanvar 2019 15:43 (UTC+04:00)

“Azərişıq” ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Elçin Mustafayev vəzifəsindən azad edilib. 

Movqe.az xəbər verir ki, onun yerinə indiyə qədər Səbail Rayon ETSİ-nin rəisi olan Paşa Rzayev təyin edilib.

A.Mustafayev isə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisinin istismar üzrə müavini vəzifəsinə təyinat alıb.