Gülər Əhmədovanın vəkili Sevinc Babayeva ilə bağlı iki xəstəxanaya sorğu verib

29 Aprel 2013 13:55 (UTC+04:00)

Bu barədə məlumat verən Ə.Talıbov bildirib ki, S.Babayevanın Azərbaycanda olarkən hansı xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı Mərkəzi Neftçilər və Gömrük xəstəxanalarına sorğu ilə müraciət edib: "Mətbuatda Sevinc Babayevanın ölümü ilə bağlı bəzi əsassız məlumatlar yayılır. Biz də bu məsələni aydınlaşdırmaq üçün xəstəxanalara sorğu ilə müraciət etdik".

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videomaterialda görüntüsü olan Sevinc Babayeva dekabrın 28-də Türkiyə Respublikasında dünyasını dəyişib. Hazırda onun ölümü ilə bağlı araşdırmalara davam etdirilir. (APA)