Qubada itkin düşən qadın tapıldı

15 Yanvar 2019 17:25 (UTC+04:00)

Qubada itkin düşən qadın tapılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Movqe.az -a verilən məlumata görə, rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.