Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək - Mayın 16-dan

15 Yanvar 2019 21:00 (UTC+04:00)

Mayın 16-dan başlayaraq Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Volqoqrad Beynəlxalq Aeroportu” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Dmitriyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, uçuşlar “BUTA Airways” şirkəti tərəfindən həyata keçiriləcək və biletin dəyəri 29 avro olacaq.

Uçuşlar bazar ertəsi və cümə axşamı günləri olacaq.

Xatırladaq ki, bir neçə il əvvəl Bakı-Həştərxan reysləri mövcud olsa da, marşrut rentabelli olmadığı üçün ləğv edilmişdi.