Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

16 Yanvar 2019 09:35 (UTC+04:00)

Bu gün Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

Movqe.az-ın məlumatına görə, nazirlər Fransa paytaxtı Parisdə biraraya gələcək.

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb