Boston terrorunda erməni əli

29 Aprel 2013 14:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Tamerlanın 2011-in ilk aylarında anaları Zubeydat ilə etdiyi "cihad məzmunlu" telefon görüşünü Rus Daxili Təhlükəsizlik Xidməti FSB-in aşkar etdiyi məlum olub. ABŞ rəsmisi, Rusların kaseti onlara hücumdan bir neçə gün əvvəl çatdırdıqlarını, "Əgər əvvəl göndərsəydilər, bəlkə Boston hərəkətının qarşısını ala biləcəklərini" deyib. Vaşinqton Post və Nyu York Tayms, qardaşların əvvəllər radikal olmadıqlarının, "ABŞ-da arzuları yerinə yetmədikdə şiddət yoluna girdikləri" qənaətinə gəlib. Anaları ilə yanaşı ataları da ABŞ-da oğurluq edərkən həbs edilib. Tamerlanın isə "Misha" (Mişa) adlı sonradan müsəlman olan erməni əsilli bir Amerikalı ilə gecə yarısına qədər söhbət etdiyi və bu müddətdə "radikallaşdığı" düşünülür. Ataları Anzor bu  haqda soruşanda ana Zubeydat, "Oğulumuza müdrik şeylər öyrədir" deyib.