Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı

16 Yanvar 2019 15:06 (UTC+04:00)

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Bu barədə Movqe.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.

Bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri,orta ixtisas və ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs,imtahan,kollokvium və sair daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya daxildir.

Universitetlər sabaha planlaşdırılan semest imtahanlarını da təxirə salıblar

 

Zülfiyyə QULUYEVA