Lavrov: Bakının Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması barədə bəyanatına Ermənistanın qarşılıqlı cavab verəcəyinə ümid edirik

16 Yanvar 2019 15:10 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.