İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 Yanvar 2019 18:30 (UTC+04:00)

İqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 18-də Qazaxda (Ağstafa, Tovuz və Qazax rayonlarını əhatə etməklə) keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Movqe.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.