Gürcüstanda matəm elan olunub

17 Yanvar 2019 07:37 (UTC+04:00)

. Tbilisidə yaşayış binasında 4 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı yanvarın 17-siGürcüstanda matəm günü elan olunub.

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze qərar qəbul edib.

Qərara əsasən, sabah Gürcüstanda bütün dövlət qurumlarında və xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə dövlət bayraqları endiriləcək. 

Qeyd edək ki, Tbilisinin Didi Diğomi rayonunda yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində4 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb