Adəm övladının təkamülü davam edir?

2 May 2012 17:47 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, insanların təkamülünün dayanması ilə bağlı olan fərziyyələr doğru deyil. Beləki son məlumatlara görə müasir insanın təkamülü hələ də davam edir. İngiltərədəki Şefild Universiteti tərəfindən aparılan araşdırmaya görə, əkinçilyə    və   monoqamiyaya (təknigahlılıq) keçdikdən sonra  təkamül müddətinin bitdiyinə inanılan insan  irqinin müasir dövrdə də təkamülünün davam etdiyi müəyyən olunub . 1760-1849-cu illər arasında yaşayan təxminən 6 min Finlinin ətraflı qeydlərini araşdıran elm xadimləri insan  irqinin də digər canlı növləri kimi təbii seçməyə tabe olduğu qənaitinə gəlib. Yetginliyə giriş, iqtisadi status, cütləşmə və çoxalma kimi 4 əsas faktoru təhlil edən tədqiqatçılar sözügüdən insanların təbii seleksiya imkanlarının  təbiətdə yaşayan canlılarla eyni səviyyədə olduğunu müəyyən edib.

Dr.Virpi Lummaa : " İnsanların  təkamül prosesinin  təbiətdəki digər canlılar kimi davam etdiyini göstərdik. Böyük ehtimalla təkamül prosesi davam edir,  adəm övladı təbii və cinsi seleksiyaya məruz qalır".


Əfqanə Məzahirqızı

Mövqe.az