Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb

17 Yanvar 2019 14:41 (UTC+04:00)

Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektində avtobus dayanacaq pavilyonu uçub.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.