Umayra Tağıyeva: Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

18 Yanvar 2019 14:22 (UTC+04:00)

Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib. Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 3.6-5 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".

Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.