Bəhruz Quliyev AzTv-yə sədr postuna təyinatı ilə bağlı yayılan məlumatı təkzib etdi

18 Yanvar 2019 20:29 (UTC+04:00)

Sosial şəbəkələrdə “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyevin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunduğu barədə məlumat yayılıb. Movqe. az-saytının əməkdaşı xəbəri dəqiqləşdirmək məqsədilə Bəhruz Quliyevlə əlaqə saxlayıb. B. Quliyev sosial şəbəkələrdə yayılan bu məlumatın həqiqətəuyğun olmadığını, təkzib etdiyini söyləyib:" Mənim sosial şəbəkələrdə  AzTv sədri təyin olunmağım barədə yazılanlar şaiyədir. Bu xəbər tamamilə yalnış məlumatdır". Qeyd edək ki, yanvar ayının 15-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV sədri Arif Alışanov tutduğu vəzifədən azad olunub.  AzTV sədrinin vəzifələrinin icrası, QSC-nin ictimai-siyasi proqramlar və xarici xəbərlərin monitorinqi studiyasinin baş direktoru, tanınmış telejurnalist Rövşən Məmmədova (Raqifoğlu) həvalə olunub.