Cenevrədə BMT-nin növbəti sessiyaları keçiriləcək

29 Aprel 2013 16:39 (UTC+04:00)

Cari ilin 29 aprel-03 may tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 50-ci sessiyaları keçiriləcək. 

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, sözügedən sessiyalarda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcəkdir. Həmçinin, tədbirlərdə nazir müavini Xələf Xələfovun çıxışları nəzərdə tutulub.