Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19 Yanvar 2019 16:28 (UTC+04:00)

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Movqe.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

E.Mnanqaqvanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.