Praqada güclü partlayış olub

29 Aprel 2013 18:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çex Respublikasının paytaxtı Praqada şiddətli bir partlayış olub və ən az 55 nəfər yaralanıb. Şəhər mərkəzindəki Divadelni Küçəsində yerləşən bir binada meydana gələn partlayışın səbəbinin təbii qaz olduğu düşünülür. Qismən çökən binanın dağıntıları altında qalan olub olmadığını müəyyən etmək üçün axtarış xilasetmə işləri başladılıb. Ətraf binaların da ziyan görməsinə səbəb olan partlayışın ardınca küçə polis nəzarəti altına alınıb.