Azərbaycanın şimal-qərbində Ay tutulmasını izləmək mümkün olub

21 Yanvar 2019 08:45 (UTC+04:00)

Bu ilin ilk Ay tutulmasını Azərbaycanın Şimal-Qərb bölgəsində izləmək mümkün olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, səhər saat 07:40 radələrindən başlayaraq, ilin ilk Ay tutulması Zaqatalada müşahidə olunub.

Proses saat 08:10 radələrinə qədər davam edib.