Onlayn medianın inkişafı üzrə tədbirlər görüləcək
29 Aprel 2013 17:16 (UTC+04:00)
Onlayn medianın inkişafı üzrə tədbirlər görüləcək. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Müşfiq Əmirovun Movqe.az-a verdiyi xəbərə görə, bu 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə
bağlı Tədbirlər Planında nəzərdə tutulub: "Tədbirlər Planının
İnformasiya cəmiyyəti və insan potensialının inkişafı ilə bağlı
bəndində göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
qeyri-hökumət təşkilatlarını cəlb etməklə onlayn medianın inkişafı
üzrə tədbirlər görməlidir. Bu tədbirlər İKT ili ərzində həyata
keçirilmılidir".