Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib

21 Yanvar 2019 10:42 (UTC+04:00)

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə yeni sədr təyin edilib. 

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.

Qərara görə, Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. O, həm də “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Qeyd edək ki, bu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.