Keçmiş nazirə yeni vəzifə verildi

29 Aprel 2013 17:18 (UTC+04:00)

Keçmiş təhsil naziri Misir Mərdanov yeni vəzifəyə təyin olunub. Bu barədə Mövqe.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Məlumatda bildirilir ki, M. Mərdanov Mexanika Riyaziyyat İnstitutuna direktor təyin olunub.


Qeyd edək ki, Mexanika Riyaziyyat İnstitunun direktoru əvvəl Akif Hacıyev olub.


Xatırladaq ki, aprelin 19-da prezident İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunub.