Qatı duman Heydər Əliyev Beynəlxalaq Hava Limanının işinə təsir etməyib

21 Yanvar 2019 12:38 (UTC+04:00)

Bakıda qeydə alınan qatı duman Heydər Əliyev Beynəlxalaq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Movqe.az-a hava limanından bildiriblər.

Qeyd olunub ki, hazırda bütün uçuşları cədvələ əsasən həyata keçirilir:

“Təyyarələrin enişində və uçuşunda heç bir ləngimə müşahidə olunmur. Aeroport öz işini normal rejimdə davam etdirir”.