Bakıda güclü duman müşahidə olunur

21 Yanvar 2019 13:04 (UTC+04:00)

 Bakıda güclü duman müşahidə olunur.

Movqe.az-ın xəbərinə görə , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, belə hava günün ikinci yarısına kimi davam edəcək.

O qeyd edib ki, günün ikinci yarısında paytaxtda cənub-qərb küləyinin bir qədər güclənməsi müşahidə olunacaq: “Günorta saatlarında dumanın bir qədər çəkiləcəyi gözlənilir”.