Sevgili axtarışı üçün xərclənilən pul

29 Aprel 2013 18:00 (UTC+04:00)

Son aparılan bir araşdırma Almaniyada yaşayan subayların sevgili tapa bilmək üçün keçən il 4,3 milyard avro ödədiyini müəyyən edib. Movqe.Az-ın məlumatına görə,  tək başına edilən səyahətlər, bar və klublara getmək, rəqs kurslarına yazılmalar da subayların "Doğru kişi və ya qadın"ı axtardıqları başlıca məkanlardır. "Matchmaking" saytı "Parship"də 800 subayın iştirak etdiyi bir anketdə, hər 10 adamdan birinin sevgilisini tapa bilmək üçün bir ildə min avrodan çox pul ödəməyə hazır olduğunu müəyyən edib. Anketə görə sevgilisini bar və klublarda axtaran subayların 42-i faizi, bu uğurda ildə 7 min avroya qədər xərclədiyini yazır. İştirakçıların təxminən 20 faizi dil və rəqs kurslarında, yenə təxminən 20 faizi isə tək getdikəri tətillərdə vurulacaqlarını ümid edirlər. Bunun üçün edilən investisiya isə təxminən 3 min avrodur. Mədəni bir sevgili istəyən 14 fizlik seqmentin başlıca getdiyi yerlər isə teatr, konsert və muzeylərdir.