Ronaldonun cəzası açıqlandı

22 Yanvar 2019 14:50 (UTC+04:00)

Bu gün Madriddə Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldonun məhkəməsi olub.
Movqe.az Goal.az-a istinadən xəbər verir ki,  34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır. O daha əvvəl 13,4 milyon avro cərimə ödəyib. 
Xatırladaq ki, Ronaldo İspaniya Real-ında çıxış etdiyi müddətdə, daha dəqiqi 2011-2014-cü illərdə 14,17 milyon avro həcmində vergidən yayınıb.